Türkiyənin NATO-dakı və NATO-nun İncirlikdəki taleyinə aydınlıq gətirildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ Müdafiə Nazirliyindən Türkiyəyə yönəlik mühüm açıqlama verildi

“Türkiyənin NATO-dakı əhəmiyyətli üzvlüyü və İncirlikdəki hərbi hava bazasının NATO üçün önəmli rolu davam edir”.

Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Coni Maykl (Johnny Maykl) deyib.

O, ABŞ-ın İncirlik bazasında yerləşən bir silah anbarını başqa ölkəyə daşıması ilə bağlı məsələyə belə reaksiya verib: “Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu məlumatlar münasibətlərimizdə inamsızlığı artırmağa və birgə hərəkət etməyimizə qarşı yönəlib”.

Qeyd edək ki, son günlər İncirlikdəki NATO hərbi bazasındakı hərbi texnika və silah-sursatın çıxarılacağı, başqa bir ölkəyə göndəriləcəyi barədə xəbərlər dolaşır.    /sputnik.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗