VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
06.04.2018 03:47 · gunaynovruz

Rasim Mustafaoğlu yazır – Uşaqların içindən nifrəti sökün…

Bu səhər metro ilə gəlirdim. "Neftçilər" stansiyasında vaqona minən göy örpəkli cavan bir qıza "qızım gəl otur" deyərək yer verdim. Qız gəldi və birdən dayandı. Mənim solumda əyləşmiş yaşlı və xəstəhal kişiyə…

Bu səhər metro ilə gəlirdim. “Neftçilər” stansiyasında vaqona minən göy örpəkli cavan bir qıza “qızım gəl otur” deyərək yer verdim. Qız gəldi və birdən dayandı. Mənim solumda əyləşmiş yaşlı və xəstəhal kişiyə tərs-tərs baxıb oturmadı. Sağımda oturmuş müasir, həm də abırlı geyinmiş, elə onu yaşda qız vəziyyəti anladı və ağsaqqal tərəfə keçdi. Bu xanlm əfəndi də rahat əyləşdi. Nə mənə bir quru sağ ol dedi, nə də həmin qıza. Gözündə bütün müasir adamlara bir nifrət gördüm. Və maraqlı bir mənzərə açıldı qarşımda. Telefonunu çıxarıb mesaj göndərdi və nifrətli baxışlarını yerə dikdi. Ona yer verən qız isə öz işində idi. “Kserokopiya” olunmuş kağızlardan nəsə oxuyurdu. Başlığına baxdım “Xloridlər” bölümündə idi. Yəqin ya tibb oxuyur ya da kimya fakültəsində. Birdə telefonuna mesaj gəldi. Ömrümdə birinci dəfə tərbiyəsizlik edib gözümü ekrana dikdim. Arzuladım ki, bu uşaq ümidimi puç eləməsin. Oxudum və sevindim. Mesajda nəsə səhifə soruşulurdu. 15 yazıb göndərdi və yenə oxumağa başladı. O biri qıza baxdım. Daş heykəl yenə yerdə nəsə axtarırdı. Xeyli fikirləşdim ki, görəsən ona qızım deyə yer verən atası yaşında kişiyə və onun inancına hörmət eləyən həmyaşıdına niyə təşəkkür hissi yoxdur?! Təşəkkür bir yana bizə niyə nifrətlə baxırdı? Ehtiramın qarşılığı budurmu? Cavan bir uşaq tanımadığı, hətta ona ehtiram göstərənlərə nifrət edirsə Allahı sevə bilərmi? Məncə yox. İçində hətta tanımadığı adamlara nifrət edən insan Allahı sevə bilməz. Qətiyyən sevə bilməz. Nüfuzuna, əxlaqına, vətənsevərliyinə, biliyinə inandığım dostlarıma üz tuturam. Seyid Camal Əzimbəyli İnam, Hacı Surxay Məmmədli, Hacı Şahin Həsənli, Ağa Hacıbəyli. Siz bu cameənin nüfuzlu adamlarısınız. Çiyninizdə böyük və şərəfli bir yük var. Bu uşaqların içindən o nifrəti sökün! Yoxsa iki əlim bir yaxanızdadı.