Bankomatların qarşısında pensiya növbəsi: Günahkar bankdır, yoxsa… – FOTOLAR

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq  təqaüdlərin  köçürülməsinə başlayıb. 

Pensiyaların köçürülməsi xəbəri bankomatların qarşısında sıxlıq yaradıb.

Belə ki, bu gün axşam saatlarında təqaüdlərin karta köçürülməsi əhalinin bankomatlara axın etməsinə səbəb olub.

Bankomatlarının sayının az olması ciddi narazılıqlar yaradır.

Məsələn, Suraxanı rayon, Hövsan qəsəbəsində Beynəlxalq Bankın ümumilikdə 2 bankomatı var. Onlardan biri qəsəbədə, digəri isə kənd Hövsanda yerləşdirilib. Nəzərə alsaq ki, Hövsan qəsəbəsinin 50 minə yaxın əhalisi var, 2 bankomatın olması yetərli hesab olunmur.

Hər ay təqaüdlərini almaq üçün bankomatların qarşısında böyük növbələr yaranır. Hazırda Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yerləşən bankomatın qarşısında vəziyyət belədir.    /cebhe.info/

 

Vətənim Media Shorts

YouTube-da aç ↗