Paytaxtın mərkəzində partlayış səsi eşidildi – Səbəb isə…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakının mərkəzi küçələrindən birində partlayış səsi eşidilib.

İzləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıb. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, şəhərin mərkəzində heç bir hadisə baş verməyib: “Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır”. 

Vətənim Media Shorts

YouTube-da aç ↗