Bakı toz dumana bürünəcək – XƏBƏRDARLIQ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Toz dumanı iki gün davam edəcək.

Azərbaycanda toz dumanı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən İsitiPress-ə verilən məlumata görə, mütəxəssislərin apardığı monitorinqlərin nəticələrinə əsasən 18-19 aprel tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Buna səbəb bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Vətənim Media Shorts

YouTube-da aç ↗