VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
23.04.2018 11:36 · gunaynovruz

Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: “…Cavab verməlidir!”

Ölkə mətbuatı bir neçə ildir ki, Almaniyada siyasi sığınacaq almış keçmiş deputat və biznesmen, “Quska” ləqəbli bəstəkar Hüseyn Abdullayevin həbs edilərək, Azərbaycana gətirildiyini yazır. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq…

Ölkə mətbuatı bir neçə ildir ki, Almaniyada siyasi sığınacaq almış keçmiş deputat və biznesmen, “Quska” ləqəbli bəstəkar Hüseyn Abdullayevin həbs edilərək, Azərbaycana gətirildiyini yazır. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə saxlanılıb. Onun təyyarə ilə  Azərbaycana gətirildiyi və istintaqa təhvil verildiyi vurğulanır. Qeyd olunur ki, H. Abdullayevin Bakıya gətirilməsi əməliyyatını Azərbaycan Daxili İşlər Nazirliyi həyata keçirib.

Rəsmi qurumlar isə hələ ki xəbərə münasibət bildirməyib.

Turkustan.info Modern.az-a istinadən xəbərlə bağlı 2007-ci ildə Milli Məclisdə Hüseyn Abdullayevlə əlbəyaxa olmuş parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ilə əlqə saxlayıb.

F.Ağamalı bildirib ki, onda Hüseyn Abdullayevin həbs edilərək Azərbaycana gətirilməsi ilə bağlı məlumat yoxdur.

“Ancaq mənim yanaşmam bundan ibarətdir ki, kimliyindən asılı olmayaraq Azərbaycan qanunlarını pozan, cinayət əməllərinə yol verən insanlar qanun qarşısında cavab verməlidirlər. Tutmuş olduqları əməllərinə görə onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Hüseyn Abdullayevin də  həbs edilərək, Azərbaycana gətirilməsi realdırsa, buna tamamilə məntiqi yanaşıram. Burada qeyri-adi, xüsusi yanaşmanı görmürəm”.

Bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu azadlığa buraxdılar. 
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.

Sonra H.Abdullayev Azərbaycanı tərk edərək, Almaniyaya sığındı.

2013-cü ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.