VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları
24.04.2018 12:01 · gunaynovruz

Daha 3 deputat mandatdan məhrum ediləcək

Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun deputat mandatına xitam veriləcək. M.Babayev, V.Hüseynov, F.Muradovun deputat mandatından məhrum…

Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun deputat mandatına xitam veriləcək.

M.Babayev, V.Hüseynov, F.Muradovun deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt ücüncü seçki dairəsindən Milli Məclisə deputat seçilən Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsindən deputat seçilən Vüsal Hüseynov dövlət miqrasiya xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilən Fuad Muradov diasporla iş üzrə dövlət komitəsinin sədri təyin edilib. Prezidentin aprelin 21-də imzaladığı sərəncama əsasən isə, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə deputat seçilən Rzayev Rövşən Şükür oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Xatırladaq ki, ötən il Azərbaycanın Birinci-vitse prezidenti təyin edilən Mehriban Əliyevanın deputat mandatına xitam verilib. Deputat Astan Şahverdiyev isə vəfat edib. Beləliklə, deputatların sayı 119-a enib.   /Report/