Xəbər verdiyimiz kimi bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.
Hüseyn Abdullayev həbs olunacağını sanki əvvəldən bilirmiş. Turkustan.info xəbər verir ki, hər zaman Facebook sosial şəbəkəsində aktiv olan Hüseyn Abdullayevin hazırda səhifəsi bağlıdır. Güman olunur ki, artıq həbs ediləcəyinə hazırlıq getdiyini duyan sabiq deputat şəxsi əlaqələri ilə bağlı məlumatları ələ verməmək üçün təcili olaraq Facebook profilini bağlayıb.
