İrəvan “Rus NATO-su”na nümayəndə göndərmədi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İrəvandakı etirazlarla əlaqədar olaraq Ermənistan nümayəndə heyəti Almatıda keçirilən KTMT-nın Qanunsuz Miqrasiya ilə Mübarizə üzrə Koordinasiya Şurasının iclasına qatılmayıb.
Bunu jurnalistlərə açıqlamasında KTMT-nin baş katibinin müavini Valeri Semerikov deyib. O, İrəvanın iclasdan öncə bu barədə KTMT-yə məlumat verdiyini bildirib.
Qeyd edək ki, Ermənistan nümayəndə heyəti bundan öncə AŞPA-nın Parlament Assambleyasında iştirakdan da imtina edib.    /eurasiadiary.com/ 

Vətənim Media Shorts

YouTube-da aç ↗