Slavyan Universitetində yazıçı, alim Natəvan Dəmirçioğlu “Azərbaycan xanımlıq tariximizdə Zərifə Əliyeva obrazı” adlı məruzə ilə şıxış etdi.Azərbaycan xanımları cərgəsində Zərifə xanımın müstəsna yerindən danışdı və layiqli oğladlar tərbiy etməsinin bir məktəb, bir örnək olduğunu vurğuladı.
26 aprel 2018- ci il tarixində Bakı Slavyan Universitetinin Konfrans zalında
Əməkdar Elm Xadimi, görkəmli aftalmoloq alim, tibb elmləri doktoru, AMEA-nın
akademiki Zərifə Əziz qızı Əliyevanın 95 illik yubleyinə həsr edilmiş “Müqəddəs
Ana, ideal Azərbaycan xanımı” adlı tədbir keçirildi. Tədbirdə Zərifə Əliyevanın
həyatının unudulmaz anlarını əks etdirən videoçarx nümayiş olundu. Tədbirin
qonağı Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, BDU- nun müəllimi,
filologiya üzrə fəlsəfə doktoru, yazıçı Natəvan Dəmirçioğlu “Azərbaycan xanımlıq
tariximizdə Zərifə Əliyeva obrazı” adlı məruzə etdi. Pedaqoji fakültənin dekanı,
Universitet üzrə YAP-ın sədri, müəllimlər, tələbələr tədbirdə fikirlərini bölüşdülər,
ana və qadın haqqında şerlər səsləndirildi.
Natəvan Dəmirçioğlu məruzəsində “Aprel ayı Zərifə xanımın ayıdır. 28 apreldə
dünyaya gəlib, 15 apreldə dünyadan köçüb. 62 il aprel ayı orbitində dolaşan ömür
çox böyük işlər görüb. Həkim kimi, alim kimi, pedaqoq kimi, ictimai xadim kimi
və nəhayət, ən sonuncu, əslində isə ən birinci qadın kimi, ana kimi. Zərifə Əliyeva
Azərbaycan xanımlıq tarixində qeyri –adi bir xanım ömür yaşayan şəxsiyyətdir”
deyə vurğuladı. Faktlarla və məntiqi əaslarla müəllim və tələbə kollektivini Zərifə
Əliyevanın ANA dünyası ilə daha yaxından tanış etdi.
“Bir var toplum, bir var millət, bir var xalq, bir var etnos …bunlar sinonim
sözlər olsalar da, hər birinin spesifik mahiyyəti və tərifi var. Toplumu millətə
çevirən əsas amillər: dildir, dindir, mənəvi dəyərlər sistemidir, tarixi yaddaşdır.
Milləti xalqa çevirən mənəvi dəyərlər sisteminin özgürlüyü və mübarizə tarixidir.
Etnos isə folkloru, milli mətbəxi, öznəməxsus geyim mədəniyyəti və məişəti olan
aborogen əhalidir. Bunları nədən xatırlayırıq. Ailə şəcərəsi, ailə qanunları, ailə
insitutu bu bağda əsas halqalardan birdir” deyən natiq əsas diqqəti Zərifə
Əliyevanın analıq keyfiyyətinin üzərinə gətirərək, Onun timsalında nümunəvi ailə
modelindən danışdı, akademik Zərifə Əliyeva həyatını tələbə qızlara örnək
göstərdi.
Daha sonra məruzəçi dedi: “Sözümüzün əvvəlində eyd etdik ki, aprel ayı
Zərifə xanımın ayıdır. Məhz 1995-ci il 28 aprel günündə Azərbaycanın ümummilli
lideri, xalqın Ulu Öndəri, Zərifə xanımın isə sevgilisi, həyat yoldaşı, övladlarının
atası, nəvələrinin babası Heydər Əliyev Zərifə xanım haqqında tarixi sözlərini
dedi: ”Həyatımın bütün dövrlərində dölət işi ilə məşğul olduğuma görə ailə
məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın
üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yeriə
yetirib.”- fikrini stat gətirən məruzəçi Natəvan xanım çıxışını 11 aprel Prezident
seçkilərinə diqqəti çəkərək yekunlaşdırdı. O dedi: ” Sizin də iştirakçısı olduğunuz
11 aprel 2018 –ci il Prezident seçkiləri adi, sıradan bir seçki deyildi. Burada əldə
olunan qələbə heç də 8 namizəd arasında gedən mübarizənin uğuru kimi yadda
qalmadı. Bu seçkidə cənab İlham Əliyevin qələbəsi Azərbaycana qarşı yonəlmiş
güclərin üzərində, ölkəmizdə xaos yaratmaq istəyən qüvvələrin cəhdləri üzərində
qələbə idi. Seçkilər ərəfəsində Avropadan təşkil edilən, okianın o tayından idarə
olunan söyüş kompaniyasının qarşısında cənab İlham Əliyev hansı yolu seçdi,
qarşılıqlı söyüş yolunumu? Xeyr. O sivil, demokratik qaydada seçkiyə getdi, qalib
gəldi və qalibiyyətini həmin gün,“Exit-poll”un ilkin nəticələri elan edilərkən xalqı
ilə birlikdə Heydər Əliyev Mərkəzinin qarşısında bayram etdi. Məhz Zərifə
Əliyevanın illər öncə verdiyi tərbiyə bu məqamda da aydın şəkildə özünü göstərdi.
Onun oğlu Azərbaycan Prezidenti cənab İlham Əliyev ailədən gələn, şəxsiyyətdə
formalaşan xarizmasını dünyanın gözü qarşısında sərgilədi.”
Məruzənin sonunda tanınmış yazıçı,əsərləri dünyanın bir sıra dillərinə tərcümə
olunan Natəvan Dəmirçioğlu Universitet rəhbərliyinə, eyni zamanda İbtidai təhsil
kafedrasının müdiri f.ü.f. d. Aytəkin Axundovaya, Pedaqogika və psixologiya
kafedralarının müdiri dosent Sevinc Axundovaya və Universitetin müəllimi, f.ü.f.d.
Şükufə Ağakişiyevaya tədbirin təşkili və dəvət üçün öz təşəkkürünü bildirdi.
