O, ikinci olmağı seçdi…
Bu seçim ona, sevilməməyi alın yazısı olaraq yaşatdı.Onu seçənlər qorxularının,o isə seçdiyini qoruduğu üçün seçdi.
O,seçdiyini qorudu…
O, birinci sevilsin, birinci var olsun deyə ömür verdiyi “dövlət”in ağlı oldu.
Tarix və zamanın yaddaşında dövlətlər hər zaman ikilər bir olsun deyə ağlla məhkum olublar.
Bu, ilklə ikincinin “Bir” olmasıdır.
Birinci sözü, əməli, düşüncəsi ilə cəmiyyyəti arxasınca aparan bir liderdir. İkinci isə balansı qoruyan, birincinin getdiyi yolda dövlətin strateji və politik varlığını iqtidar səviyyəsində tutan dövlət ağlıdır. Müstəqil Azərbaycanın dövlət kimi siyasi və ideolojik dəyərlərinin kök salmasında o, ikinci olaraq bu məsuliyyəti üzərinə alıb daşımaqdan yorulmur.
Yazır, qəbul edir, yol xəritəsi hazırlayır…
Ömrünü çəkişmələrinin burulğanında yaşayır.
Bütün həyatı dövlətidir…
Onun üçün şəxsi həyatı yox hökmündədir.
O, bütün ittihamlara, etirazlara baxmayaraq dövləti üçün yaşayır.
İttham olunduğu şey “Rus”un adamı olmaq kimliyidir.
Məncə, ənənəvi siyasət düşüncəsində Sovet ideoloji məktəbinin son magikanı Odur. O dövlətinin adamıdır.
Nəzəri nöqtəsi ilə praktik nöqtəsi Birdir.
Nəzəriyyəsini mənimsəmədiyi bir gücün qarşısında o, sadəcə bildiyinin yanındadır. Yəni, Azərbaycan siyasi-fəlsəfə fikrinin nəzəri və praktik memarı Ramiz Mehdiyevdir.
Bu gün mövcüd “sabitlikdə yaşayan xalq” onun inşa etdiyi siyasi- fəlsəfi motivasiyanın məhsuludur. Ona, Sovetlər İttifağından sıyrılan və nəzəri görüşlərini tamamlamaqdan ötrü zamanla mücadilə aparan son idealist-sosialist də demək mümkündür.
Bir çox hallarda siyasi fəlsəfənın icad etdiyi idarəetmə nəzriyyələri ya iflasa uğrayır, ya da hesaba alınmayan səbəblər ucbatından həyata tətbiqində qarşılaşdığı üğursuzluqlar üxündən bir lahiyə olaraq unudulur. Ramiz Mehdiyev 60-ci illərdə nəzəriyyədən praktikaya modelləşmənin və kimlikləşmənin strukturlaşması üçün ömür sərf edən və çox zaman akademik nəticələrlə düşünən politik-fəlsəfi ağılın təzahürüdür. 70-ci illərdən təbliğat-təşviqat adlanan ideoloji aparatın görünən və görünməyən izi ilə bu günə qədər mərkəzdədir və mübarizə aparır.
Fəlsəfəsiz siyasət mövcüd deyil və dövlət olmanın təməli inşa ediləcək fəlsəfi baxışın cavablarından aslıdır. Ramiz Mehdiyev bu düşüncədən heç vaz keçmədi. Çünki o, mübaribə övladıdır və atasını müharibə də itirib. Dövlətlə böyüyüb və dövlətin ona verdiyi vəzifənin nə olduğunu bilən yaddaşla yaşayır. Bu dövlət ağlı, ideolojiyalarla deyil, ona verilən vəzifəyə sədaqəti ilə seçilər.
Sovet dağıldı, ancaq bütün postsovet məkanında dövlət düşüncəsi hələ də o modeli davam etdirir. Lakin postsovet məkanında barmaqla sayılacaq dovlət ağlını qoryuyan siyasi xadimlər qaldı. Ramiz Mehdiyev həmin ağlın son siyasi xadimidir.
İngilislərin dünyaya ixrac etdiyi “dərin ağıl” qarşısında yer alan Sovet modelli idarəetmə, sadəcə, Azərbaycan miqyasında “güclü dövlət, lider və iqtisadiyyat” baxış üçbucağında böyük mirasın yükünü daşıyır. Bu mirasın qoruyucusu Mehdiyevdir.
Politik-fəlsəfə bütün yönləri ilə fəlsəfi mühakiməyə möhtacdır. Mehdiyevin “fəlsəfə”sini oxumadan onun təhlillərini anlamaq mümkün deyildir. Yazısı ilə düşünən bir siyasəti tanıdar bizə onun siyasi fəlsəfəsini.Oportunizmlə mübarizə yazısından başlayıb, dinlə mübarizə metodlarının təsvirinə və müstəqillik dönəmindəki məqalələrinə qədər, bütün postsovet məkanında, dövlət ağlı olaraq siyasi kimlik bir tək o özüdür. Siyasi müstəvidə yaranan terminlojiləri, təzahürləri ciddi şəkildə izləyib, onlarla fikir savaşı aparmaqdan çəkinməyən bir ağlın sahibidir O.Yəni, nəzəriyyəsi ilə dövlət yaradan Nizamülmülkün ənənəsini yaşadır.
Bu gün O siyasi kimliyin anadan olduğu gündür. 80 yaşı tamam olur.
Ömür bir kitab kimi oxunmadan bilinməz. Sosial fazada haqqında söylənələr çoxşaxəlidir. Mən, fikirləri ilə razılaşmasam da bütün yazılarını oxuyaram. Azərbaycanda dövlət ağlının siyasi-fəlsəfi aurasını təsvir edən bir düşüncəni nə zaman, nə da tarix unudur.
Qurucu mətnlər olmadan qalıcı idelojilər yaşamaz.Bu gün yaşayan nəzəriyyələr praktik həllini tapmadan tarixin arxivinə yüklənir.Ramiz Mehdiyev isə yaşatdığı nəzəri düşüncəni tətbiq edib nəticələr qazanan bir ömrün təcəssümüdür.
Mübarək olsun, 100 illik cumhuriyyətin 80 ilini yaşamış Ağıl…
