VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
27.04.2018 16:42 · gunaynovruz

İrəvan rəqibə çevrilsə, Kreml də ona düşmən olacaq – YENİ HƏDƏ

İrəvandakı hadisələr gözlənilməz idi və Moskva hələlik heç kimə böyük dəstək göstərmir. Bunu “1in.am” saytına müsahibəsində rusiyalı politoloq Fyodr Lukyanov deyib. “Moskvada belə qənaət var ki, situasiya tam olaraq Respublika Partiyasının nəzarəti…

İrəvandakı hadisələr gözlənilməz idi və Moskva hələlik heç kimə böyük dəstək göstərmir.

Bunu “1in.am” saytına müsahibəsində rusiyalı politoloq Fyodr Lukyanov deyib.

“Moskvada belə qənaət var ki, situasiya tam olaraq Respublika Partiyasının nəzarəti altındadır. Serj Sərkisyan cəmiyyətin əhval-ruhiyyəsini düzgün dəyərləndirə bilmədi. Ona görə də indi baş verənlər gözlənilməzdir. Moskva anlayır ki, bu prosesin daxili səbəbləri var və ictimaiyyət eyni siyasi xadimlərdən yorulub. Buna görə də Moskvanın hadisələrə müdaxilə arzusu yaranmır. Moskva həmçinin özünün favoritlərini də seçmək istəmir. Belə ki, Rusiya bunu etməyi bacarmır. Çoxillik təcrübə göstərir ki, Rusiyanın öz favoritini seçmək cəhdi nəzərdə tutulan nəticəni əldə etməyə mane olur.

Moskva erməni siyasətçilərinin realist olduğunu düşünür. Ermənistanın geosiyasi situasiyası, üzərində olan uzunmüddətli təhdidlər digər ölkələr kimi məsuliyyətsiz davranmasına imkan vermir. Ermənistanda Rusiyaya fərqli yanaşmalar ola bilər, amma fakt odur ki, Rusiya Ermənistanın təhlükəsizliyinin yeganə qarantıdır. Əgər İrəvan Moskvaya qarşı düşmən münasibət göstərsə, Rusiya Ermənistana qarşı eyni mövqeni sərgiləyəcək. O zaman Ermənistanda situasiya kəskinləşəcək. Rusiya hələlik erməni siyasətçilərinin realizminə güvənir.

Hazırda Karen Karapetyan kimi tanış siyasətçi Moskva üçün yararlı ola bilər, amma bu, hələlik, Rusiyanın dəstəyini qazanmaq üçün yeganə kriteriya deyil. Hər şey Paşinyan və Karapetyanın Ermənistanda daxili stabilliyi necə bərpa edəcəyindən asılı olacaq”, – deyə o bildirib.   /Axar.az/