VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
27.04.2018 00:53 · gunaynovruz

“Reytinq xatirinə efirdə dombalaq aşırlar” – Tanınmış jurnalist

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Space TV-də efirə gedən “Yerimdəyəm” verilişinin qonağı olub. Televiziya aparıcılarının fəaliyyətinin müzakirə olunduğu verilişdə jurnalist verdiyi açıqlamalarla yenə dəqqəti öz üzərinə çəkib. S.Verdizadə təəssüflə qeyd edib…
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Space TV-də efirə gedən “Yerimdəyəm” verilişinin qonağı olub. Televiziya aparıcılarının fəaliyyətinin müzakirə olunduğu verilişdə jurnalist verdiyi açıqlamalarla yenə dəqqəti öz üzərinə çəkib.
S.Verdizadə təəssüflə qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən televiziya aparıcılarının əksəriyyəti Azərbaycan ədəbi dilinin normalarına riayət etmir: “Aparıcılarının yarısından çoxu ləhcə ilə danışır. Aparıcı var ki, “pencək” əvəzinə “pəncəy” deyir. Aparıcı da var ki, efirə dəvət etdiyi adama “ayə”, “ala” deyə müraciət edir. Azərbaycan dilini bilməyən, ədəbi dil qaydalarına riayət etməyən adamları efirə buraxmaq olmaz”.
Tanınmış jurnalist bildirib ki, aparıcıların əksəriyyəti reytinq arxasınca qaçdığa üçün peşəkarlıq arxa plana keçib: “Aparıcı tanıyıram ki, reytinq xatirinə efirdə dombalaq aşır. Çağırdığı qonağı alçaldan, süni qalmaqal yaradan aparacılar da az deyil. Efirdə oyunbazlıq etmək olmaz. Bu cür neqativ hallar tamaşaçıları efirdən iyrəndirir”.
Seymur Verdizadə bəzi televiziya aparıcılarını həm də dostbazlıqda, qohumbazlıqda ittiham edib. Onun sözlərinə görə, bəzi aparıcılar verilişlərə öz dostlarını, qohumlarını dəvət etməkdə maraqlıdırlar: “Ay qardaş, ay bacı, filankəs sənin dostundursa, qohumundursa, rəfiqəndirsə, onu evinə qonaq çağır. Mövzuya dəxli olmayan adamları efirə çağırıb, tamaşaçıların əsəbləri ilə oynamayın”.
Verilişin digər qonağı, əməkdar artist Bəsti Sevdiyeva Seymur Verdizadə ilə həmrəylik nümayiş etdirib. Əməkdar artist deyib ki, heç bir aparıcının efirdə ləhcə ilə danışmağa ixtiyarı yoxdur.  /moderator.az/