VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları
02.05.2018 00:35 · gunaynovruz

İvanişvili qayıtdı

Hakim partiyada dəyişiklik nəyə hesablanıb?  “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisiçisi və lideri, məhşur milyarder Bdzina İvanişvilinin siyasətə qayıdacağı barədə məlumatlar öz təsdiqini tapıb. Hakim partiyanın Siyasi Şurası sabiq baş nazir Bdzina İvanişvilinin yenidən…

Hakim partiyada dəyişiklik nəyə hesablanıb? 

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisiçisi və lideri, məhşur milyarder Bdzina İvanişvilinin siyasətə qayıdacağı barədə məlumatlar öz təsdiqini tapıb. Hakim partiyanın Siyasi Şurası sabiq baş nazir Bdzina İvanişvilinin yenidən “Gürcü Arzusu-Demokratik Gürcüstan”a sədr seçilməsi üçün namizədliyini irəli sürüb.

Bu barədə partiyanın baş katibi, Tiflis şəhərinin meri Kaxa Kaladze açıqlama verib. “Yaxın vaxtlarda partiyanın qurultayı keçiriləcək və əminik ki, qurultay nümayəndələri yekdilliklə bu mühüm dəyişikliyə səs verəcək”-deyə Kaladze bildirib.

Onun sözlərinə görə, iclasın yekunlarına əsasən partiyanın Siyasi Şurasının yeni tərkibi formalaşıb. “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının V qurultayının mayın 11-də keçiriləcəyi gözlənilir. Siyasi Şuranın yeni tərkibinə Bdzina İvanişvili ilə yanaşı, baş nazir Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze, vitse-spiker Tamar Çuqoşvili, Kaxa Kaladze və başqa rəsmilər daxildir. 

İvanişvilinin hakim partiyanın rəhbərliyinə qayıdışı Siyasi Şura üzvlərinin sayının 21 nəfərdən 15 nəfərə qədər ixtisar olunması ilə müşahidə edilib. Siyasi ekspertlərin fikrincə, B. İvanişvilinin yenidən hakim partiyanın idarəçiliyinə qayıtması eks-prezident Mixail Saakaşvilinin son günlər fəallaşması ilə izah oluna bilər. Qeyd edək ki, bir neçə müxalifət partiyası hazırda Hollandiyada yaşayan M.Saakaşvili ilə danışıqlar aparmaq üçün “Açıq Platforma” hərəkatı yaradıb.

Qurumun məqsədi növbəti prezident seçkilərində vahid namizədlə çıxış etməkdir. Mixail Saakaşvili seçkilərdə namizədliyini irəli sürəcəyini istisna etməyib. Saakaşvilinin vahid namizəd qismində seçkilərə qatılması hazırda reytinqi zəifləyən hakimiyyətin namizədinin məğlubiyyətinə səbəb ola bilər. Bdzina İvanişvilinin də bu təhlükənin qarşısını almaq, yəni hakim partiyanı gücləndirmək üçün müəyyən siyasi planla Gürcüstana qayıtdığını söyləmək olar.

Onu da nəzərə almaq lazımdır ki, İvanişvili Rusiyanın siyasi elitası ilə əlaqələrə malik bir iş adamıdır. Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyətə qayıtmaq istəyi Rusiyada narahatlıqla qarşılanır. Bu səbəbdən də İvanişvilinin hakimiyyətinin möhkəmlənməsi Rusiyanın da maraqlarına cavab verir.   /Cebhe.info/