İraqda türkiyəli hərbçilərə hücum: Ölən və yaralılar var

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İraqın şimalında əməliyyat keçirən Türkiyə silahlı qüvvələri terrorçuların hücumuna məruz qalıb.

Bu barədə Türkiyənin baş ordu qərargahı məlumat yayıb.

Hücum nəticəsində iki əsgər şəhid olub, iki əsgər yaralanıb.

Şəhidlərin ailələrinə başsağlığı verən baş qərargah Türkiyənin bölgədə ən son terrorçunu məhv edənə qədər terror qarşı mübarizəni sabitqədəm və qətiyyətli şəkildə davam etdirəcəyini bildirib.

Vətənim Media Shorts

YouTube-da aç ↗