Əmlak Məsələləri Dövlət Komitəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 avtomobilini 5-ci dəfə hərraca çıxarıb.
Nazirliyin “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin tabeli təşkilatı olan “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin nəqliyyat vasitələri bu dəfə 50% endirimlə auksiondadır.
Nazirliyə tabeli MMC 5-ci dəfədir ki, 2008-ci ilin “Man Lion S Klassik A-74” və 2009-cu ilin “Daevo BC212MA” markalı avtomobilləri satmaq istəyir. Lakin maraqlıdır ki, avtomobillərin qiyməti 50 faiz aşağı salınsa da, hələ ki, hərracda maşınlara təklif gəlməyib. /axar.az/
