İsraildən Əsədə: Atəş açsa, məhv edəcəyik!

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bəşər Əsəd qüvvələri İsrailə atəş açarsa, onları yox edərik.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, bu günə kimi ölkəsinin Suriyada müharibəyə müdaxilə etmədiyini bildirib:

“Əsəd bunu diqqətdə saxlamalıdır: Qorxunc daxili müharibələr olanda İsrail qarışmadı. İndi isə müharibə bitən ərəfədə İranı dəvət edir? Artıq toxunulmaz deyil. Atəş açılarsa, qüvvələrini məhv edəcəyik”.  /Axar.az /

Vətənim Media Shorts

YouTube-da aç ↗