VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
13.06.2018 10:11 · gunaynovruz

Ermənilər Azərbaycan şəhərlərini vurmaqla təhdid edir

Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi “İskander” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı. Bu sözləri XİN-in mətbuat…
Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi “İskander” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı.
Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfindən “Polenez” və LORA tipli uzunmənzilli raketlərin əldə edilməsinin Ermənistanda ciddi narahatlıq yaratmasına dair APA-nın sorğusuna cavabında deyib.
O bildirib ki, Ermənistanın işğal siyasətinin davam etməsi şəraitində Azərbaycan müdafiə qabiliyyətini artırmağa davam edəcək: “Ermənistanın qeyri-sivil, təcavüzkar və militarist siyasəti, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizliyi və Ermənistanın bu kimi əməllərinə ikili standartların mövcudluğu şəraitində Azərbaycan özünün müdafiəsi və vətəndaşlarının təhlükəsizliyi üçün müdafiə qabiliyyətini və imkanlarını artırır və bundan sonra da artırmaqda davam edəcək.
Əgər Ermənistan Azərbaycanın hərbi imkanlarının artmasından narahat olmaq istəmirsə, onda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycana qarşı başladığı müharibəni dayandırmalı, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını təmin etməlidir. Yalnız bu halda regionda sülh və təhlükəsizlik bərqərar ola və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yarana bilər”.