Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Moskva dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva elm sahəsində “Birlik ulduzları” mükafatına layiq görülüb.
Bununla bağlı “Sputnik Qazaxıstan”a istinadla xəbər verilir.
Mükafat MDB-yə üzv olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Astanada keçirilən XIII forumunda təntənəli mərasimdə təqdim olunub.
Laureatlar arasında SSRİ Xalq artisti, dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), belaruslu biatlonçu Darya Domraçeva və başqaları olub.
Post Views: 141
