VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
28.06.2018 08:16 · gunaynovruz

Bakıda klinikanın önündə vətəndaş öldü: Yardım etməyə həkim tapılmadı – VİDEO

Bakıda 20 Yanvar metrosunun yaxınlığında yaşlı kişi dünyasını dəyişib.  AZXEBER.COM-a məlumat verən hadisə şahidinin sözlərinə görə, hadisə Yasamal rayonu ərazisində yerləşən “Yeni Med” klinikasının qarşısında baş verib. 50 yaşlarında olan kişinin klinikanın…

Bakıda 20 Yanvar metrosunun yaxınlığında yaşlı kişi dünyasını dəyişib.

 AZXEBER.COM-a məlumat verən hadisə şahidinin sözlərinə görə, hadisə Yasamal rayonu ərazisində yerləşən “Yeni Med” klinikasının qarşısında baş verib. 50 yaşlarında olan kişinin klinikanın önündə ürəyi dayanıb. Məlumata görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün çağırış etsələr də, klinikada ona yardım etməyə həkim tapılmayıb.

Vətəndaşlar özləri ürəyi dayanan kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Ancaq bunun da fayda vermədiyini görüb təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını da hadisə yerinə gəlməyib. Nəticədə vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparıblar. Ancaq yaşlı kişi yolda keçinib.

Məsələ ilə bağlı hadisənin baş verdiyi ərazidə yerləşən “Yeni Med” xəstəxana ilə əlaqə saxladıq.

Xəstəxana əməkdaşı AZXEBER.COM-a açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib:

“Bəli, belə bir hadisə baş verdi. Biz geniş təchizatlı xəstəxana deyilik. Bura polikilinika tipli yerdir. Hazırda mərkəzdə həkim olmadığı üçün biz özümüz – tibb bacıları yardım etməyə çalışdıq. İlkin tibbi yardım zamanı vətəndaş artıq keçinmişdi. Onun nəbzi atmırdı. Biz bundan sonra təcili tibbi yardıma zəng etdik. Bilirsiniz ki, əgər ölüm faktı varsa bu zaman təcili tibbi yardıma zəng etmək lazımdır. Bundan sonra bəzi qəzəbli vətəndaşlar bizim mərkəzə hücum çəkdilər. Xəstənin həyat yoldaşı da hadisə yerinə gəldi. O, həyat yoldaşının ona zəng edərək ürəyində ağrılar olduğunu və buna görə xəstəxanaya getdiyini deyibmiş”.

Həmin görütüləri təqdim edirik: