Ermənistan Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binasında uçqun olub.
Erməni KİV-lərinin məlumatına əsasən, yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan dağıntılar altında qalıb. Onun hadisə yerində meyiti aşkar edilib. İki nəfərin isə yaralandığı bildirilir.
Uçqunun səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
