VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
20.07.2018 20:36 · gunaynovruz

Adnan Oktarla bağlı şok iddia: İntim əlaqəyə girə bilmədiyi üçün…

Adnan Oktar və 235 müridi ilə bağlı şok iddialar yayılıb.  Turkustan.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, 16 il Adnan Oktarın yanında qalan G.S. 2001-ci ildə 17 yaşı olarkən qrup üzvlərindən biri ilə…

Adnan Oktar və 235 müridi ilə bağlı şok iddialar yayılıb. 

Turkustan.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, 16 il Adnan Oktarın yanında qalan G.S. 2001-ci ildə 17 yaşı olarkən qrup üzvlərindən biri ilə tanış olduğunu bildirib. 

“O zaman İslamı başa salan modern təşkilat olduğuna inanmışdım. Bununla bağlı təşkilat üzvləri ilə görüşməyə başladım. Bir neçə ay sonra Adnan Oktarla tanış oldum. Hər gün məni Kandillidəki evinə çağırırdı. Daha sonra təşkilat üzvlərindən birinin evində qaldım”, – 34 yaşlı qadın deyib. 

Onun sözlərinə görə, Adnan Oktar onun yanına bir nəfəri nəzarətçi qoyub:

“Onunla universitetə gedib-gəlirdim. Kənar heç bir yerə gedə bilmirdim. Bəhanələri isə mənim təhlükəsizliyimi təmin etmələri idi. Ancaq onlar mənim təşkilatdan qaçmağıma mane olurdular. Əlbəttə ki, o yaşda bunu anlaya bilməzdim. Bundan sonra Adnan Oktarın təcavüzləri başladı. Mənə dəfələrlə təcavüz edib. Oktar cinsi əlaqəyə girə bilmirdi, ancaq əli ilə təcavüz edirdi”.

Qadın bildirib ki, hamı qazandığı pulları və ailəsindən qaldığı mirası təşkilata təhvil verirdi:

“Cinsi əlaqələr zamanı da Adnan Oktarın verdiyi qərarlar yerinə yetirilirdi. Oktar deyirdi ki, evli olmayan insanların münasibətə girməsi halaldır. Təşkilata qatılan bəzi qızlar buradakı kişilərin hamısının cinsi ehtiyaclarını ödəməli idilər. Qızlar buna etiraz edə bilmirdi, çünki onlar deyirdilər ki, bu, Mehdinin əmridir”. 

G.S. qızların iyrənc vədlərlə təşkilatdan asılı vəziyyətə salındığını deyib:

“Evlənəcəyi şəxs deyirdi ki, digər dostlarımla əlaqədə olmasan, səninlə evlənməyəcəm. Onlar da məcbur olub, bu yola gedirdilər. Daha sonra isə təşkilatdan asılı vəziyyətə düşürdülər. Bu sistemə etiraz edənlər təhqir olunur və gizli kamera ilə lentə alına biləcəyi qorxusu ilə şikayət etmirdilər”. 

Qadın əlavə edib ki, Oktar lezbiyanlığı halal hesab edib:

“O deyirdi ki, iki qızın bir-birini sevməsi niyə qadağan olunsun ki?! “Quran”da da belə bir fikir yoxdur. Şərab və şampandan başqa bütün içkilər Oktar və müridləri üçün halal idi”.  /Oxu.Az/