Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin rəisinin həbsdən azad edilmək üçün girov kimi ödədiyi 1 milyard dramı haradan tapdığı sual olaraq qalır.
Turkustan.info xəbər verir ki, Vaçaqan Kazaryan istintaq müddətini təcridxanada keçirməmək üçün 1 milyard dram ödəməyə razılaşmışdı. Jurnalistlərlə söhbətində Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçartyan məsələyə münasibət bildirib.
O, “Vaçaqan Kazaryanın 1 milyard dramı haradan tapdığı aydınlaşdırıldımı?” sualına belə cavab verib: “Onun yerinə kimsə başqa adam ödədi. Tanınmayan adamdır, mən heç onun adını da xatırlamıram”. /Cebhe.info/
