VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
27.07.2018 10:36 · gunaynovruz

“Mesaj yazıb ki…” – Ağdaşda özünü asan gəlinlə bağlı ŞOK TƏFƏRRÜATLAR

Ağdaş rayonunda baş verən intihar hadisəsi – 20 yaşlı Osmanlı İnci İslam qızının ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb. Turkustan.info bildirir ki, hadisənin baş verdiyi rayonun Güvəkənd kənd bələdiyyəsinin icra rəsmisi Nizami…

Ağdaş rayonunda baş verən intihar hadisəsi – 20 yaşlı Osmanlı İnci İslam qızının ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

Turkustan.info bildirir ki, hadisənin baş verdiyi rayonun Güvəkənd kənd bələdiyyəsinin icra rəsmisi Nizami Nuhov Yenicag.az-a açıqlamasında intiharla bağlı danışıb:

“Özünü asan gəlin çox cavan idi, yetkinlik yaşına çatmamış ailə qurmuşdu. İki yaşlı oğlunu da gözə almayıb, damda özünü asdı. Qadının anası deyib ki, qızı Rusiyaya işləməyə gedən ərinin kəndə qayıtmasını istəyirmiş. Hətta ona mesaj da yazıbmış. Guya o geri dönmədiyi üçün özünə qəsd edib. Amma onun telefonunu yoxladıq, bir dənə də olsun mesaj yox idi. Günorta saat 3-də toyuq damına girərək kəndirlə özünü asıb. Evin digər gəlini qapını açanda onun özünü asdığını görüb. Kəndirdən sallanan qadını yerə qoyanda ağzından köpük gəldiyini görüb. Ürəyi hələ döyünürmüş. Təcili tibbi yardım çağırıblar, xəstəxanaya çatdırıblar. Amma mən həkimlə danışdım, o dedi ki, gəlin xəstəxanaya çatmamış canını tapşırıb”.

İcra rəsmisi intihar edən İnci Osmanlının həyat yoldaşının Rusiyadan qayıtdığını bildirib: “Qadının əri Taleh Rusiyadan qayıdanda artıq həyat yoldaşını dəfn etmişdilər. O yazıq da and-aman etdi ki, həyat yoldaşı onun kəndə qayıtması üçün bir kəlmə də olsun ona heç nə deməyib. Deyir, ona desəydi, kəndə qayıdardı. Telefonunu göstərdi, bir dənə mesaj görmədik”.