Cavid Qurbanov rəis müavinini cəzalandırdı…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Mədət Şıxəmirova şiddətli töhmət verilib…

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov SV vaqonlarda qiymət artımının zəruri olduğu, “hər yerindən duranın SV-yə bilet alması” na görə qiymətlərin 10 faiz artırılması ilə bağlı mediaya verdiyi açıqlama cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Moderator.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi məsuliyyətsiz bəyanatına görə artıq M.Şıxəmirovu cəzalandırıb. 

Belə ki, M.Şıxəmirova axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗