Paşinyan indi də üzünü Türkiyəyə çevirdi: “Qeyd-şərtsiz hazıram”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi XƏBƏR

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədləri açmağa hazır olduqlarını bildirib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ermənistan tərəfi ilkin şərtlər olmadan  Türkiyə ilə diplomatik əlaqələr qurmaq  istəyindən də çıxış edib. 

“Əl-cəzirə” kanalına müsahibə verən Paşinyan, “Ermənistan ilə sərhədləri bağlayan Türkiyədir. Bizim tərəfdən sərhəd hər zaman açıqdır. Türkiyə, sərhədləri açma qərarı verməlidir. Ermənistan Türkiyəylə ilkin şərtsiz diplomatik əlaqələr qurmağa hazırdır” deyə bəyanat verib.

Paşinyan həmçinin, regionun daha təhlükəsiz, dinc və firavan olması üçün konstruktiv olmağa hazır olduqlarını da vurğulayıb.   /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗