VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
01.08.2018 21:32 · gunaynovruz

Lavrovun İrəvan narahatlığı – Paşinyan Kremlə qarşı nə edir?

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlaması göstərir ki, həqiqətən də Ermənistanda vəziyyət normal deyil. Ona görə də gərək Rusiya bu istiqamətdə xeyli çalışsın və elə bir…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlaması göstərir ki, həqiqətən də Ermənistanda vəziyyət normal deyil. Ona görə də gərək Rusiya bu istiqamətdə xeyli çalışsın və elə bir taktika qursun ki, Ermənistan adekvat bir subyekt kimi özünü təsdiqləsin.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistanın siyasi rəhbərliyi səsləndirdiyi bütün bəyanatların əksini həyata keçirir:

“Yəni Paşinyan Rusiyanı tərifləyərək Moskvanı çox sadiq bir müttəfiq kimi qələmə verir. Ancaq reallıqda onun gördüyü işlərin hamısı Rusiyanın əleyhinədir. Birincisi, Ermənistan Qərb istiqamətində çox böyük vədlər verir, Qərbə dair gözləntilərini şişirdilmiş bir tərzdə açıqlayır. O üzdən də hesab edirəm ki, Ermənistanın daxilindəki bu hərc-mərclik davam edərsə, Rusiya-Ermənistan münasibətlərinin gələcək taleyi sual altında qalacaq. Çünki Nikol ümumiyyətlə belə bir ağır vəziyyətdə mövcud şəraitə hakim kəsilə bilmir, digər tərəfdən, onların antiböhran proqramı yoxdur və hələ də xarici siyasətdə yeni vektorların axtarışındadırlar. Təbii ki, Rusiya da bunu görməyə bilməz. Bu baxımdan Rusiyanın Ermənistanla bağlı böyük narahatlığı var. Paşinyan sonuncu dəfə Moskvada görüşlər keçirərək hər şeyin qaydasında olduğunu bildirdi. Ancaq təbii ki, bu, heç də belə deyil. Paşinyan açıq şəkildə olmasa da, Moskvanın hər tələbi ilə razılaşmayacağını, Ermənistanın bərabərhüquqlu münasibətlərin tərəfdarı olduğunu bəyan edib. İndi Nikolun bu məqsədlərinin nə dərəcədə reallaşacağını gələcək göstərəcək. Ancaq bəlli olan yeganə məqam odur ki, Rusiya-Ermənistan münasibətləri istiqamətində böyük boşluqlar var və bu vakuumların da ağrısı tezliklə özünü biruzə verəcək”.

Qeyd edək ki, Rusiya XIN rəhbəri Sergey Lavrov ölkəsinin Köçəryanın həbsi fonunda Ermənistanda baş verənlərdən dolayı narahat olduğunu bildirib.