Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Rusiya Ermənistanın sabiq rəhbərliyinin bir-birinin ardınca gerçəkləşdirilən həbsindən narahatlığını artıq dilə gətirib. Belə ki, ölkənin xarici işlər naziri Sergey Lavrov “Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib etməyəcəyinə dair verdiyi vədlərə ziddir”, -deyə vurğulayıb.
Turkustan.info xəbər verir ki, nazir Ermənistanda sabitlik və stabillik tərəfdarı olduqlarını deyib. Bu baxımdan qeyd eib ki, İrəvandakı hadisələr Moskvanı da narahat edir: “Bu, həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təmin olunması üçün vacibdir”.
Lavrov rəsmi MoskVanın narahatlığını İrəvanın diqqətinə çatdırdığını da vurğulayıb.
Xatırladaq ki, 2008-ci il mart hadisələrini istintaq edən xidmətin təqdimatı əsasında sabiq prezident Robert Köçəryan da daxil olmaqla ölkə və ordu rəhbərliyi haqqında həbs qətimkan tədbiri seçilib. Onlar ölkənin konstitusiya quruluşunun dəyişdirilməsində ittiham edilirlər. /Cebhe.info/
