Gəncədə hicablı qızı mağazada diri-diri yandırdılar? – Nazirlikdən açıqlama – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Sosial şəbəkələrdə və saytlarda Gəncədə mağazada hicablı qızın diri-diri yandırılması ilə bağlı görüntülər yayılıb. 

Turkustan.info bildirir ki, BiG.AZ  hadisənin hansı səbəbdən baş verməsi ilə maraqlanıb. 

Daxili İşlər Nazirliyindən Big.az-a verilən məlumata görə, görüntülər iddia olunduğu kimi Gəncədə baş verməyib: “Ümumiyyətlə, ola bilsin ki, hadisə heç Azərbaycanda baş verməyib. Çünki videoda da göründüyü kimi qıraqdan şərh verənlər azərbaycanlıdır. Dəfələrlə ölkəmizdə baş verməyən hadisələri bölgələrimizdə baş vermiş hadisə kimi qələmə verirlər. Amma yenə də hadisə tərəfimizdən araşdırılır”. 

Qeyd edək ki, sözügedən görüntüləri bax.tv yayıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗