VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıPrezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
07.08.2018 16:03 · gunaynovruz

“Facebook”dan daha bir yenilik: Tanışlıq testini TƏSDİQLƏDİ

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər “Facebook” daha bir yeniliyə imza atıb.  Turkustan.info xəbər verir ki, amerikalı tərtibatçı Jane Wong öz Twitter hesabında Facebook Dating adlı tanışlıq tətbiqinin yeni fotolarını paylaşıb. Wong sözügedən tətbiqdə yalnız qeydiyyatdan keçməyi və təqdim olunmuş…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

“Facebook” daha bir yeniliyə imza atıb. 

Turkustan.info xəbər verir ki, amerikalı tərtibatçı Jane Wong öz Twitter hesabında Facebook Dating adlı tanışlıq tətbiqinin yeni fotolarını paylaşıb. Wong sözügedən tətbiqdə yalnız qeydiyyatdan keçməyi və təqdim olunmuş anketi doldurmağı bacarıb. Tətbiqin funksiyalarından istifadə etmək isə mümkün olmayıb. Onun sözlərinə əsasən yeni tətbiqdəki istifadəçi hesablarını hələki Facebook əməkdaşları aktivləşdirə bilərlər. Bunu həmçinin tətbiqdə ortaya çıxan ilk səhifədəki məlumat da təsdiqləyir: “Tətbiq yalnız ABŞ-dan olan Facebook əməkdaşları üçün aktivdir. Onlar servisin testində, bug-ların və interfeysdəki narahat özəlliklərin tapılıb aradan qaldırılmasında iştirak edirlər”. Elanda həmçinin qeyd olunub ki, sözügedən tətbiq iş yoldaşları ilə görüşlər üçün nəzərdə tutulmayıb və şirkət davranış normalarını pozmuş əməkdaşları cəzalandıracaq. Test iştirakçılarından isə tətbiqdə özləri barədə düzgün olmayan məlumatların qeyd olunması tələb olunur. Şirkət həmçinin söz verir ki, həmin məlumatlar servisin işə salınması vaxtı silinəcək.

Beləliklə təqdim olunmuş yeni fotolardan da görmək olar ki, istifadəçi Facebook Dating servisindəki səhifəsini Facebook-dakı dostlarına göstərib-göstərməmək üzrə seçim edə biləcək. Bununla yanaşı istifadəçi öz dostlarının dostları ilə görüşlərdən də azad olacaq. Səhifənin yaradılması zamanı istifadəçi öz cins seçimində təkcə kişi və qadın deyil həmdə transgender qadın və transgender kişi kimi variantları da seçə biləcək. Bu cür variantlar həmçinin potensial partnyor axtarışı sistemində də var.

Bundan əlavə olaraq öz cins seçimi və axtarış zamanı potensial partnyorun cins üstünlükləri Facebook Dating servisinin digər istifadəçiləri üçün görünməyəcək. Bundan əlavə olaraq Wong sözügedən tətbiqdə Conversation Starter adlı funksiya da aşkar edib. Onun fikrincə bu funksiyadan ünsiyyətin qurulmasında istifadə olunacaq. Facebook isə bu tanışlıq servisinin şirkət daxilində test olunduğu xəbərini təsdiqləyib.   /A24.Az/