VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
07.08.2018 23:29 · gunaynovruz

Tam üzən məzənnəyə keçid: Hansı şərtlərlə mümkündür?

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər Tam üzən məzənnəyə keçid: Hansı şərtlərlə mümkündür? Mərkəzi Bank üzən məzənnə ilə bağlı növbəti maraqlı açıqlama ilə gündəmə gəlib. Qurumun açıqlamasına görə üzən məzənnəyə tam keçmək…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Tam üzən məzənnəyə keçid: Hansı şərtlərlə mümkündür?

Mərkəzi Bank üzən məzənnə ilə bağlı növbəti maraqlı açıqlama ilə gündəmə gəlib. Qurumun açıqlamasına görə üzən məzənnəyə tam keçmək üçün ilk növbədə ona şərait yaratmaq lazımdır. Maraqlıdır, hansı şəraitdən söhbət gedir və bunu təmin etmək üçün nələr etmək gərəkdir? Mərkəzi Bank bildirir ki, üzən məzənnə rejiminə tam keçid pul siyasətinin alternativ lövbərinin formalaşdırılmasını da tələb edir. Ekspertlər də hesab edir ki, tam üzən məzənnəyə keçmək üçün müəyyən şərtlərə əməl etmək lazımdır və bu şərtlər elə olmalıdır ki, manatın məzənnəsi dəyərini birdən-birə itirməsin. Hətta bununla yanaşı, qiymət artımı olmaısn, inflyasiya həddi yüksəlməsin.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda nə iqtisadiyyat, nə iqtisadi subyektlər, nə də hökumətin özü üzən məzənnə rejiminə hazırdir: “Bunun üçün uyğun infrastruktur təmin olunmayıb. Azərbaycanda qiymətli kağızlar, valyuta bazarı kimi sahələr də inkişaf etməyib. Eyni zamanda valyuta bazarında təkliflər hazırda dövlət subyektləridir. Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti və digər neft şirkətləridir. Ölkədə iqtisadiyyatın strukturu da ona uyğun deyil ki, ölkəyə valyuta gətirən əsas mənbə neft satışıdır. Bu gün hər 100 dolların 90-nı məhz neftin hesabına ölkəyə daxil olur. Bundan başqa əsas məsələlərdən biri məhz bu pulların üzən valyuta rejimində davranış bazarlarının olmamasıdır. 

Üzən valyuta müəyyən dövrlərdə bazardan kənarda dayanmağa üstünlük verir. Faktiki olaraq bu şərtlər daxilində proqnozlaşdırılmanın aparılması mümkün deyil. Bundan əlavə əgər valyutanın üzən rejimdə məzənnəsinin formalaşması mümkün olarsa, bu zaman öz fəaliyyətində şəffaflaşmaya getməlidir. Hər bir açıqlanan rəqəm valyuta bazarında məzənnəyə təsir göstərir. Bu baxımdan, rəqəmlərin açıqlanması kimi üsullarla valyuta bazarlarını orta və uzunmüddətli dövrdə idarə etmək mümkün deyil. Son nəticədə bazar iştirakçılarında faktiki olaraq bu rəqəmlərə inamsızlıq yaranır. Belə olan halda bu siyasəti həyata keçirən qurumların reputasiyası aşağı düşür. Bu təqdirdə məzənnə çox ciddi şəkildə səhv istiqamətə yönəldilir.

Hökumət bu istiqamətdə ciddi tədbirlər görməlidir. Bu infrastrukturun və uyğun mühitin yaranması üçün Mərkəzi Bankın və İqtisadiyyat Nazirliyinin üzərinə öhdəlik düşür. Azərbaycanlı biznesmenlər üzən məzənnə rejimində şəraitə uyğunlaşdırılmalı və onun maarifləndirilməsi, valyuta bazarlarında israfçılıq, məzənnənin proqnozlaşdırılması, aidiyyatı dövlət qurumlarının bu istiqamətdə açıqladığı risklərin dəqiqliyi və s. bu kimi məsələlər barədə onlara düzgün informasiya verilməlidir. Bu məsələlər öz həllini tapmalıdır ki, ölkədə üzən valyuta rejimi dayanıqlı olsun.

Amma baza prinsipi ondan ibarətdir ki, ölkənin valyuta daxilolmalarının neftdən asılılığı aradan qalxmalıdır. Bu da ixracın stimullaşdırılması istiqamətində daha effektli tədbirlərin həyata keçirilməsi ilə inhisarçılığın aradan qalxmasına kömək etməlidir. Həmçinin, hökumət məhkəmə sistemində islahatlar həyata keçirməlidir. Üzən məzənnə rejiminin təmin olunaması o qədər asan başa gəlmir”.    /Cebhe.info/