Bu ay isti havalar yenidən başlayacaq – XƏBƏRDARLIQ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-dan 12-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Adətən avqust aylarından etibarən hava temperaturunun sərinləşməsi müşahidə olunur. Qızmar istilər artıq sona çatdımı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosunun rəhbəri Gülşad Məmmədova Cebhe.info-ya açıqlamasında bildirib ki, yaxın iki-üç gün ərzində paytaxtda və bölgələrdə yağışlı və küləkli havanın müşahidə olunacağına baxmayaraq, ayın 12-dən etibarən ölkə ərazisində hava şəraiti sabitləşəcək. Güclü Şimal-Qərb küləyi öz yerini zəif Cənub-Şərq küləyinə verəcək. Temperatur ayın 10-12 ilə müqayisədə tədricən yüksələcək. 

Hidremetoloq deyir ki, avqustun ilk ongünlüyü bir qədər sərin, iqlim norması daxilində keçsə də,  ikinci ongünlükdə temperaturun bir qədər yüksəlməsi gözlənilir.   /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗