“Qaçqınkom”da intihara cəhd – Müğənni Manaf Ağayev xilas elədi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Bu dəqiqələrdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olunur.
Turkustan.info xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib. 
Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. 
Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.
Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilibki, hadisənin komitəyə adiyyatı yoxdur. 
Məsələ araşdırılır. Ətraflı məlumat veriləcək.
/BakuPost/

Vətənim Media Shorts

YouTube-da aç ↗