Azərbaycan XİN təsdiqlədi: Merkel Bakıya gəlir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıya səfər edəcək.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev bildirib.

“Ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur, – deyə o bildirib. – Ümid edirəm, bu səfər onların gələcək inkişafına təkan verəcək”.

Qeyd edək ki, iyulda “Sputnik Armeniya” agentliyi Angela Merkelin Tbilisi, Yerevan və Bakıya səfərinə hazırlıq barədə xəbər yaymışdı.

“Kansler avqustun 23-də Tbilisi, 24-də Yerevan, 25-də Bakıda olacaq”, – deyə o zaman adının çəkilməsini istəməyən mənbə bildirmişdi.    /A24.Az/

Vətənim Media Shorts

YouTube-da aç ↗