Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Rusiyadan sonra Türkiyə də ABŞ Maliyyə Nazirliyinin xəzinədarlığının ən çox qiymətli kağızlarına sahib olan ölkələrin sıyahısından çıxıb.
Turkustan.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin bu barədə hesabatı yayılıb.
Hesabata əsasən, iyulda rəsmi Ankaranın borcu 28,8 milyard dollara qədər azalıb. Bu ilin mayında isə bu rəqəm 32,6 milyard dollar idi.
ABŞ Maliyyə Nazirliyinin xəzinədarlığında ən çox qiymətli kağıza sahib ölkələr arasında Çin liderdir – 1,18 trilyon dollar. Yaponiya 1,03 trilyon dollarla ikinci yerdədir. Braziliya siyahıda üçüncüdür- 300,1 milyard dollar.
Xatırladaq ki, Rusiya 33 ən böyük qiymətli kağız saxlayıcılarının siyahısından bu iun iyulunda çıxıb. Mart-may ayları ərzində Moskva 80 milyard dollarlıq istiqrazlardan imtina edib.
Məlumat üçün bildirək ki, ABŞ və Türkiyə arasında münasibətlər 10 avqustdan etibarən gərginləşib. /Cebhe.info /
