Bazarda pomidor və xiyarın qiyməti niyə bahalaşdı? — VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Yay aylarında süfrələrin əsas təamları olan pomidor və xiyar bahalaşıb. Qiymətlərdə 1 manata qədər artım müşahidə olunur. Əməkdaşlarımız paytaxt bazarlarında olublar və bu artımın səbəbləri ilə maraqlanıblar.

Turkustan.info Xezerxeber-ə istinadən xəbər verir ki, son günlər paytaxt bazarlarında pomidor və xiyar bahalaşıb.

Bu tərəvəzlərin qiymətində 40-50 qəpik, bəzi sortlarda isə 1 manata qədər artım müşahidə olunur. Hazırda pomidorun 1 kiloqramının qiyməti 1-3, xiyarın qiyməti isə 1-2 manat 50 qəpik arasında dəyişir. Alıcılar da qiymət artımının olduğunu deyirlər.

Qiymət artımını satıcılar da təsdiqləyirlər.

Satıcılar deyirlər ki, yağışlı havalar səngiməsə və bazarda məhsul bol olmasa, qiymətlərdə ucuzlaşma olmayacaq.

Vətənim Media Shorts

YouTube-da aç ↗