Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
2018-ci ilin iyul ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,6 faiz ucuzlaşıb.
Turkustan.info bildirir ki, Bakı Statistika İdarəsindən Oxu.Az-a bildiriblər ki, ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz ucuzlaşıb.
Xidmətlər üzrə qiymətlər isə eyni səviyyədə qalıb.
Bakıda ət və çörək bahalaşıb
Konkret olaraq məhsullar üzrə qiymət indekslərinə gəlincə, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında “Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, “Ət məhsulları” qrupu 0,3 faiz, “Balıq məhsulları” qrupu 1,1 faiz, “Yağ və piylər” qrupu 0,2 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,2 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,1 faiz, “Araq, brendi (konyak)” qrupu 0,2 faiz, “Pivə” qrupu 0,1 faiz bahalaşıb.
Qeyri-ərzaq məhsullarından “Mebel və ev əşyaları” qrupunun qiyməti 0,1 faiz, “Tibb təyinatlı digər məhsullar” qrupu 0,2 faiz, “Telefon aparatları” qrupu 0,4 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 0,5 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Zərgərlik məmulatları” qrupu 0,6 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,9 faiz yüksəlib.
Ödənişli ali təhsilin qiyməti yüksəlib
