VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildiMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi
31.08.2018 23:38 · gunaynovruz

“Azercell”dən “Onbranch” istifadəçilərinə daha bir imkan

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər Azərbaycan startapı, "Seedstars Azerbaijan" müsabiqəsinin qalibi "Onbranch" yeni tərəfdaş layihəsinə start verib.  Turkustan.info xəbər verir ki, layihəyə əsasən, "Azercell" mobil operatoruna məxsus "Gənc Ol!" loyallıq proqramı "Onbranch" mobil…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Azərbaycan startapı, Seedstars Azerbaijan” müsabiqəsinin qalibi “Onbranch” yeni tərəfdaş layihəsinə start verib. 

Turkustan.info xəbər verir ki, layihəyə əsasən, “Azercell” mobil operatoruna məxsus “Gənc Ol!” loyallıq proqramı “Onbranch” mobil tətbiqinə inteqrasiya ediləcək.

Birgə layihənin həyata keçirilməsi ilə əlaqədar “Onbranch” MMC və “Gənc Ol!” proqramının əməliyyat şirkəti olan “Istech” MMC arasında müqavilə də artıq imzalanıb.

Anlaşmaya əsasən, özündə yüzlərlə məkanı birləşdirən “Onbranch”ın tərkibində “Gənc Ol!” loyallıq sisteminə qoşulmuş məkanlar xüsusi vahid qrup şəklində fəaliyyət göstərəcəklər. Sayı 200 mindən çox olan “Gənc Ol!” abunəçiləri “Onbranch” tətbiqini yükləməklə yaxınlıqda olan endirimlər və aksiyalar barədə dərhal məlumat ala biləcəklər. Bununla yanaşı, abunəçilər üzv olduqları “Gənc Ol!” platforması ilə daha sıx və faydalı təması məhz “Onbranch” üzərindən qura biləcəklər.

Startapın texniki imkanları vasitəsilə loyallıq sisteminin daha çevik, effektiv və əlçatan olması nəzərdə tutulur. Öz növbəsində, “Onbranch” yeni tərəfdaşlıq vasitəsilə özünün istifadəçi bazasını genişləndirməyi hədəf alır.

“Onbranch” MMC-nin rəhbəri Elçin Əskərov bu əməkdaşlıqda böyük perspektivlər gördüyünü bildirib: “Sazişin tərəfləri eyni ruha malik layihələri həyata keçirir. Həm “Gənc Ol!”, həm də “Onbranch”ın əsas prinsipi insanlara zamanı maksimum dəyərləndirməyə və olduqları məkanlardan faydalanmağa yardımçı olmaqdır. Necə deyərlər, tərəflər bir-birini tamamlayır, bu da bizə maraqlı nəticələr vəd edir. Düşünürəm ki, “Onbranch” olaraq loyallıq proqramları seqmentinə yenilik gətirmək potensialımız var. “Gənc Ol!” abunəçilərinin bizim layihəyə, bizim isə onların asudə vaxtlarına rəng qatacağımıza inamımız böyükdür”.

Xatırladaq ki, “Onbranch” tətbiqi “Baku Business Factory”nin dəstəklədiyi layihələrdən biridir və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və “PAŞA Bank”ın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA Universitetinin dəstəyi ilə keçirilən “Seedstars World” müsabiqəsinin qalibi elan olunaraq Azərbaycanın ən yaxşı startapı seçilib.

Qoşulmaq üçün link burada.