VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
04.09.2018 14:14 · gunaynovruz

İranla İsrail arasında böyük müharibə xəbərdarlığı – ABŞ kəşfiyyatından nələr sızıb

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan analitik mərkəz müharibə xəbərdarlığı edib ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan "Rand Corporation" analitik mərkəzi İsrail ilə İran arasında qarşıdurmanın yeni müharibə…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan analitik mərkəz müharibə xəbərdarlığı edib

ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Rand Corporation” analitik mərkəzi İsrail ilə İran arasında qarşıdurmanın yeni müharibə riskini artırdığını yazıb. Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, xəbərdarlıq İsrailin Suriyadakı İran hədəflərinə qarşı hücumları artırdığı bir ərəfədə edilib.

“Rand Corporation” İsrailin son aylarda İran və Hizbullaha məxsus hərbi obyektlərə qarşı tez-tez həyata keçirdiyi hücumları “müharibəyə aparan yol” kimi dəyərləndirib. Mərkəz gərginliyin sürətlə nəzarətdən çıxa biləcəyi xəbərdarlığını edib.

İsrail ilə İran arasında gərginliyi bəhanə edərək ABŞ əsgərlərinin Suriyadan çıxmasına etiraz edilən hesabatda bu ifadələrə yer verilib: “ABŞ Suriyadakı hərbi mövcudluğunu qoruyaraq yeni bir regional münaqişənin qarşısını ala bilər. Belə ki, ABŞ İranın hücumlarını və İŞİD-in yenidən ortaya çıxmasını əngəlləmək məqsədi güdür. Əks təqdirdə ABŞ bölgədən çıxarsa, Yaxın Şərq yeni bir savaş riski altına düşər”.

Qeyd edək ki, dünən İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsinin İranın Suriyadan kənarda olan hədəflərinə hücum etməyə hazırlaşdığını bildirib: “Biz özümüzü yalnız Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir”.

İranın Suriyadan kənarda yerləşən hərbi məntəqələrinə zərbələr endirəcəklərini deyən Liberman, “biz mənbəyi hara olursa olsun, İranın bütün təhdidləri ilə mübarizə aparacağıq” — açıqlamasını verib, lakin İranın hansı ölkələrdəki hədəflərini vuracaqlarını açıqlamayıb.

Onu da xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu cari il avqustun 30-da verdiyi açıqlamada Suriya və İrana aid mövqelərin hədəfdə olduğunu bəyan etmişdi.   /sputnik.az/