Duyğu sosial reabilitasiya İctimai Birliyi yeni layihənin icrasına başlayır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Əziz dostlar!

Şad xəbərimizi Sizinlə bölüşmək istərdik. “Рееr HUB”: təşkilatların və sağlamlıq imkanları məhdud insanların şəbəkə əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləmləndirilməsi üçün məkan” adlı yeni və çox əhəmiyyətli layihəyəyə start verilib. 

Bunun anlamı nədir? Əməkdaşlığın inkişafı və sağlamlıq imkanları məhdud insanların dəstəklənməsi üçün yaradıcı məkanın yaradılmasına yönəlmiş bir təşəbbüsdür. Layihəyə onlayn-platforma daxil olacaq ki, bu platformada təşkilatlara və sağlamlıq imkanları məhdudinsanlara faydalı olan bütün aktual informasiya toplanmış olacaq.  Platforma Mərkəzi Asiyanın, Azərbaycanın müxtəlif təşkilatları və bütün arzu edənlər arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün bir körpü rolunu oynayacaq.  Bu saytda ən son xəbərlər, istinad məlumatları, peşəkarlar və hüquq müdafiəçiləri ilə forum, potensialın artırılması və şəbəkədə işləmək üçün zəruri bacarıqların  əldə edilməsi üçün onlayn-kurslar təqdim olunacaq.

Onlayn-fəaliyyətdən başqa, istənilən hər kəsin öz ideyalarını və  layihələrini bölüşə biləcəyi bir çox maraqlı tədbirlər, müzakirə meydançaları, toplanışlar və  forumlar  keçiriləcək.  Bütün bunlar məhdud imkanlı insanların həyan keyfiyyətinin yaxşılaşdırılmasına  və  onların Mərkəzi Asiya ölkələrində və Azərbaycanda yaşaması üçün rahat şəraitlərinin yaradılmasına cəlb edilməsinə, habelə bu sahədə işləyən  yerli müəssisələrlə əməkdaşlığın inkişafına yönəlmişdir. 

Bu layihə çərçivəsində  Bakıda 2018-ci ilin 8-10 sentyabr tarixlərində saat 10.00-dan saat 17.00-dək Bakı şəhəri, Sumqayıt şosesi 3 km, Crossway Hotel-də keçiriləcək görüşdə Sizi maraqlı ideya və təkliflərlə bölüşməyə dəvət edirik.

Vətənim Media Shorts

YouTube-da aç ↗