“Səni deyirlər” mahnısının yaradıcısı ustad Mahmudi ilə müsahibə – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Son günlər Güney və Quzey Azərbaycanda məşhurlaşan, hamının dinlədiyi və rəqs etdiyi “Səni deyirlər” mahnısının yaradıcısı ustad aşıq Məhəmməd Əli Mahmudi mahnını 1977-ci ildə bəstələdiyini bildirib.

Aşıq Mahmudi verdiyi müsahibədə açıqlayıb ki, mahnının şeiri də ona aiddir, mahnı onun qədim kaset və əsərlərində mövcuddur.

1954-cü ildə dünyaya göz açan ustad aşıq, əksər ailə üzvlərinin musiqi və incəsənət fəaliyyəti ilə məşğul olduğunu deyib.

Ustad Mahmudinin sözlərinə görə, onun birinci ustadı anası olub, o 8 yaşında avaz oxumaq və qopuz çalmağa başlayıb.

Müsahibənin sonunda “Səni deyirlər” mahnısı ustad Mahmudi tərəfindən səsləndirilib. (GunAz TV)

 

Vətənim Media Shorts

YouTube-da aç ↗