VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
15.09.2018 01:22 · gunaynovruz

Gürcüstan səfiri Əflatun Amaşovla görüşdü – Mətbuat Şurasında

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər Bu gün Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradze…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Bu gün Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradze ilə görüşüb.

Turkustan.info xəbər verir ki, Azərbaycan Mətbuat Şurasından keçirilmiş görüşdə Ə.Amaşov qonağı salamlayaraq ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Deputat dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O, əməkdaşlıq üçün yeni imkan və şərtlərin mövcudluğunu bildirərək parlamentlərarası əlaqələrin bunu dəyərləndirmək baxımından vacib platforma olduğunu dilə gətirib, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Gürcüstana bir neçə ay öncə gerçəkləşmiş səfərinin faydalı tərəflərinə toxunub.

Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayan Ə.Amaşov əlavə edib ki, bütün beynəlxalq səviyyəli toplantılarda hər iki ölkənin bir-birinin maraqlarını müdafiə etməsi, bu xüsusdakı prinsipiallığı və ardıcıllığı son dərəcə vacib məqamdır.

Səfir Z.Pataradze də Azərbaycanın beynəlxalq miqyasda Gürcüstanı hər zaman dəstəkləməsini vacib məqam kimi vurğulayıb. Gürcüstan üçün Azərbaycanın ərazi bütövlüyü toxunulmazlığının mühüm əhəmiyyət daşıdığını qeyd edən səfir siyasi müstəvidəki tərəfdaşlığın iqtisadi münasibətlərin genişlənməsi üçün münbit zəmin yaratdığını diqqətə çatdırıb. O, ciddi potensiala malik hər iki ölkəni bu baxımdan böyük gələcəyin gözlədiyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətlərin genişləndirilməsi imkanları müzakirə olunub. Bildirilib ki, hər iki ölkənin turizm potensialı böyükdür. Turizm sektorunun dayanıqlılığı, rentabelliyi və yüksək rəqabətə davamlılığı üçün yerli kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifədir.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.