VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
16.09.2018 15:42 · gunaynovruz

İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər İsrailli politoloq Yuri Boçarov virtualaz.org-un əməkdaşı ilə söhbətində bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan üzərinə düşmüş hakimiyyət yükünü saxlamaq naminə xalqa, müxalifətə, Qərbə, Rusiyaya və…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

İsrailli politoloq Yuri Boçarov virtualaz.org-un əməkdaşı ilə söhbətində bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan üzərinə düşmüş hakimiyyət yükünü saxlamaq naminə xalqa, müxalifətə, Qərbə, Rusiyaya və digər geosiyasi oyunçulara yarınmalıdır.

“Baş nazir Nikol Paşinyanın mövqeyini mən “müəyyənləşdirilməmiş” kimi xarakterizə edərdim. Bir tərəfdən, onun hakimiyyətə gəlişi Qərb qüvvələrinin iştirakı olmadan qeyri-mümkün idi və buna görə, təbii ki, “ödəniş” edilməlidir və prinsip etibarilə onun Ermənistanın qərbyönümlü inkişaf yolu barədə dediklərini də bu istək formalaşdırır. Digər tərəfdən, o, hələ də həm iqtisadi, həm də hərbi baxımdan özünün şimal qonşusunun möhkəm qollarının arasındadır və şimal qonşusu bu cür təhlükəli regionda daha bir respublikanı əldən verməyi qətiyyən arzulamır. Ən başlıcası isə, sabiqlərdən ibarət müxalifət və insanları yenidən küçəyə çıxmağa vadar edə biləcək Ermənistandakı iqtisadi vəziyyətdir”, – Boçarov deyib.

Ekspertin fikrincə, öz bəyanatları ilə Azərbaycan hakimiyyətini təxribata çəkməyə çalışan Paşinyan onu yaxın perspektivdə nələrin gözləyə biləcəyindən xəbərsizdir.

“Deyilənə görə, vəsaitlərin yoxluğu şəraitində müharibə aclığı çox yaxşı yatırır. Buna görə də, xüsusilə xarici səfərlərində erməni diasporu ilə görüşlərdə Paşinyan millətçilik mövzusunu qabardır və “doğma torpağın bir qarışını da verməyəcəyik” deyərək, Azərbaycanı açıq münaqişəyə çəkir.

Lakin sabah nələrin baş verə biləcəyini, düşünürəm ki, heç o özü də bilmir. Hakimiyyətin dadını görmüş “xaldan çıxmış” adam ondan belə asan əl çəkmək iqtidarında deyil və istənilən yolla hakimiyyəti əlində saxlamağa çalışır”, – ekspert deyir.

Boçarovun fikrincə, region ölkələrində – Türkiyədə, İranda, Ermənistanda baş verənlərlə yanaşı, Azərbaycan bütün bu böyük coğrafiyada yeganə sabitlik adasıdır.

İlham Əliyevlə Vladimir Putinin Soçidəki görüşünü şərh edərkən Yuri Boçarov bildirib: “Prezidentlərin son görüşündə onların ünsiyyət səviyyəsi üçün ölkələr arasında ticarət-iqtisadi əlaqələr barədə qeyri-mütənasib şəkildə çox danışıldı. Bu səbəbdən də, anlamağa başlayırsan ki, burada əsas məsələ ticarət deyil, regionda baş verən daha ciddi məsələdir. O qədər ciddi ki, regional “mal dövriyyəsi”ni müzakirə etmək üçün prezidentlərə nədənsə bir görüş azlıq etdi”.

Onun fikrincə, region ciddi hadisələrin astanasındadır.