VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıPrezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
17.09.2018 09:51 · gunaynovruz

General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu. 

ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı “N” saylı hərbi hissəsində hərbi and içib.

Turkustan.info saytına məlum olub ki, dövlət orqanlarında ən yüksək postlardan birini tutan general-polkovnik Elçin Quliyev də övladını orduya göndərməklə nümunə göstərib. 

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisidir.

Belə ki, general Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb. O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində  general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Məhəmməd Quliyev 2003-2014-cü illərdə Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta təhsil alıb. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 519 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 2018-ci ildə universitetin bakalavriat pilləsini başa vuran Məhhəməd Quliyev bu yaxınlarda hərbi xidmətə gedib. 
   

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin 4 övladı var.   /Modern.az/