Ukraynanın yeni “Ölüm silahı”: Göydən “Oskol” yağacaq – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Ukrayna hərbi-sənaye kompleksinin məhsulu olan yeni raketlər təqdim olunub.

Turkustan.info-nun məlumatına görə, Ukrayna hərbçiləri yerli istehsal olan “Oskol” RS-80 idarəolunmaz reaktiv raketləri uğurla sınaqdan keçiriblər.

Bu barədə Ukrayna prezidenti Petro Poroşenko özünün “Facebook” səhifəsində məlumat verib. Prezident yayımladığı videomateriala bu qeydləri də əlavə edib:
“Səsdən sürətli olan bu raketlər təyyarələrə, helikopterlərə, o cümlədən yerüstü qurğulara yerləşdirilərək, düşmənin hərbi texnikasını və möhkəmləndirilmiş mövqelərini məhv etməyə qadirdir”.

Poroşenkonun sözlərinə görə, “Oskol” raketləri müxtəlif hava şəraitində S-24M bombardmançı təyyarələri vasitəsilə uğurla test edilib.   /yenicag.az/

https://www.facebook.com/petroporoshenko/videos/558112277950780/

Vətənim Media Shorts

YouTube-da aç ↗