VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
19.09.2018 13:36 · gunaynovruz

Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolundakı təpələri söküləcək – Tıxaca əncam AXTARILIR

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər Yeni tədris ilinin başlanması ilə paytaxtdakı küçə və prospektlərdə ənənəvi tıxaclar da artıb. Şəhərin müxtəlif yerlərində təxminən eyni vəziyyətdir. Amma ən böyük tıxac xüsusilə günün pik…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Yeni tədris ilinin başlanması ilə paytaxtdakı küçə və prospektlərdə ənənəvi tıxaclar da artıb. Şəhərin müxtəlif yerlərində təxminən eyni vəziyyətdir. Amma ən böyük tıxac xüsusilə günün pik saatlarında Sumqayıt-Bakı istiqaməti üzrə avtomagistral yolda müşahidə edilir. İnsanlar dəqiqələrlə, bəzən saatlarla tıxacda qalmalı olurlar. Tıxacda vaxt itirmək, işə gecikmək, buna görə müdir tərəfindən danlanmaq isə gündəlik problemlərlə yanaşı, insanlara əlavə gərginlik yaradır.

Yoldan daimi istifadə edən sərnişinlərin bildirdiyinə görə, tıxac səbəbinin “Bakı Beynəlxalq Avtovağzalı”na giriş hissəyə yaxın yolda çəkilmiş düz xətt nişanı və  ərazidə yaradılan süni təpəciklərdir.

Turkustan.info bildirir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

O qeyd edib ki, hazırda şəhər yollarında hərəkətin intensivliyinə maneə yaradan, sıxlığa və tıxaca səbəb olan hallar aşkar edilərək aradan qaldırılır:

“Qeyd edilən ünvana da mütəxəsisslərimiz tərəfindən baxış keçiriləcək, ərazidə təhlillər aparılıb uyğun qərar veriləcək”.

M.Ağayev bildirib ki, ərazidə yaradılan süni təpənin hərəkətə mane olduğu aşkarlanarsa, oradan götürüləcək:

“Bizim istəyimiz yollada hərəkətə maneə yaradan halları aşkar edib aradan qaldırmaqdır. O cümlədən qeyd edilən yolda. Orda təhlillər aparılacaq, əgər süni təpə hərəkə maneə yaradırsa, o halda təbii ki, götürüləcək. Önəmli olan hərəkətin təhlükəsizliyi və rahatlığını təmin etməkdir”.

Qeyd edək ki, süni təpələr Binəqədi rayon İcra Hakimiyyəti Xaləddin İsgəndərovun “şəhərimizin giriş qapısı yaşıl olmalıdır” şüarı ilə salınmışdı.