Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
ABŞ-da erməni baş nazirin görüş istəklərinə bir-bir rədd cavabaı verilir
Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub. Bu barədə “168 jam” qəzeti məlumat yayıb. Belə ki, Amerikanın rəhbərliyindən heç kim onunla görüşmək istəmir.
Ermənistanın baş naziri bunu ört-basdır etmək üçün deyib ki, sentyabrın 23-də şəhər Ağsaqqallar Şurasına keçiriləcək seçkilərə görə səfərini təxirə salıb. Amma səbəb başqadır.
Qəzet öz mənbələrinə istinadla yazır ki, Ermənistan tərəfi ilk olaraq prezident Donald Trampla görüş təsşkil etmək istəyib. Amma onlara rədd cavabaı verilib. Sonra vitse-prezident Maykl Penslə Nikol Paşinyanın bir araya gətirmək üçün iş başlayıb. Amma bu dəfə də ermənilərin arzusu ürəklərində qalıb.
İrəvanın son ümidi xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşünün təşkilidir. Ehtimal ki, bu məsələ də təxirə salınacaq. /istipress.com/
