Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
İki ay əvvəl Türkiyənin Qars bölgəsində heyvan otaran zaman sərhədi pozaraq Ermənistan tərəfə keçən və orada həbs olunan Umut Ali Özmənazadlığa buraxılıb.
Turkustan.info 0xu.az-a istinadla xəbər verir ki, azadlığa buraxıldıqdan sonra Umut atası Mustafa Özmənlə nahar edib.
“Anam, bacım, nənəm üçün çox darıxmışam. Tezliklə evimə qayıtmaq istəyirəm. Anamın yeməkləri üçün darıxmışam”, – Umut Ali bildirib.
O, pasport əməliyyatları bitdikdən sonra Gürcüstandan Türkiyəyə dönəcək.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, yeniyetmənin ekstradisiyasını tələb etmişdi.
