Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
ABŞ-ın F-35B təyyarəsi Somalidə kəşfiyyat uçuşu həyata keçirib.
Turkustan.info xəbər verir ki, bu barədə məlumatı CNN televiziyası yayıb. Məlumata görə, təyyarə yaxın bir neçə gündə ilk dəfə olaraq Əfqanıstandakı terrorçuların mövqelərinə zərbə endirilməsində iştirak edəcək. Bunun üçün F-35B-lərin yerləşdiyi ABŞ-ın “USS Esseks” gəmisi Ədən körfəzindən Ərəb dənizinin şimalına doğru yollanıb.
Qeyd edək ki, F-35B amerikalılar tərəfindən ilk dəfədir döyüşdə istifadə ediləcək. Bundan öncə təyyarə İsrail hərbçiləri tərəfindən İran üzərində uçuşlar həyata keçirmək üçün istifadə olunub. /Axar.az/
