Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Azərbaycan Dövlət Aqrar Universitetinin tədris proqramında ustad dərslərinə də üstünlük verilir və bu dərslər tələbələrin seçdiyi ixtisaslara tam yiyələnməsində böyük rol oynayır. Ən əsası ustad dərsini keçən öz təcrübəsini bölüşür, qazandığı uğurun sirrlərini açıqlayır.
ADAU-nun mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə belə ustad dərslərindən biri də Aqrobiznes və idarəetmə fakültəsində olub. Bu fakültədə ənənəyə çevrilən ustad dərsini bu dəfə Göygöl rayon “Beton MMC”-nin baş mühasibi Bakir Həsənov aparıb.
Fakültə dekanı Əlöysəd Əsgərov əvvəlcə dərsi keçən mütəxəssisi Mühasibat uçotu və audit ixtisasının 4-cü kurs tələbələrinə təqdim edib və bildirib ki, Bakir Həsənov uzun illər Sosial Müdafiə Fondunda gəlirlər sektorunun müdiri işləyib və öz sahəsi üzrə böyük təcrübəyə malikdir.
Sonra Bakir Həsənov Sosial və əmək pensiyalarının hesablanması qaydaları mövzusunda tələbə və müəllimlər qarşısında mühazirə söyləyib. 90 dəqiqə davam edən mühazirə maraqla dinlənilib və tələbələrin mövzuya aid sualları cavablandırılıb.




